Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.
Apasport.az xəbər verir ki, Daşkənddə Özbəkistan Stolüstü Tennis Federasiyası (ÖSTF) ilə ASTF arasında qarşılıqlı əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalanıb.
ASTF-nin baş katibi Könül Mikayılova və ÖSTF-nin baş katibi Gövhərxan Müqəddəsovanın imzaladığı bu strateji sənəd iki qardaş ölkənin idmançıları, məşqçiləri və hakimləri üçün yeni imkanlara yol açacaq.
Memorandumun əsas mahiyyəti və istiqamətləri müasir elmi metodların praktikada tətbiqi və idmançıların təcrübə mübadiləsinin təşkili, iki ölkənin məşqçiləri və hakimləri arasında qarşılıqlı təlim proqramlarının yaradılması, milli komandalar arasında yoldaşlıq oyunları, birgə təlim-məşq toplanışları, tibb və dopinqlə mübarizə sahəsində təcrübə mübadiləsi, ixtisaslaşmış xəstəxanalara və idman mərkəzlərinə səfərlərin təşkili, həmçinin birgə idman tədbirləri vasitəsilə hər iki ölkədə idman turizminin inkişafı sahəsində əməkdaşlıqdır.
Bu əməkdaşlıq növbəti illərdə hər iki ölkə idmançılarının beynəlxalq arenalarda yüksək nəticələr qazanmasına xidmət edəcək.
- Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb
- Leyla Camalzadə Serbiyada bürünc medal qazanıb
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək