Stolüstü tennisçilər Tacikistana yollanıblar
20.05.2026 - 12:25
Stolüstü tennisçilər daha bir beynəlxalq yarışa qatılacaqlar.
Apasport.az xəbər verir ki, seçmə komandanın üzvlərini mayın 21-də Tacikistanda start götürəcək "Prezident kuboku" turnirində mübarizə gözləyir.
Düşənbə sınaqlarında baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov və Hilal Həsənov etimadı doğrultmağa çalışacaq.
Beynəlxalq yarışa mayın 24-də yekun vurulacaq.
- Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb
- Leyla Camalzadə Serbiyada bürünc medal qazanıb
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək
0
0