Azərbaycanın gənc stolüstü tennisçiləri bu gün Qazaxıstana yola düşüblər.
Apasport.az xəbər verir ki, seçmə komanda Aktobe şəhərində təşkil olunacaq Avrasiya Liqası yarışında mübarizə aparacaq.
Gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə martın 27-də Aktobe sınaqlarına qatılacaq.
Yarışın ilk turuna martın 30-da yekun vurulacaq.
Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda anoloji yarışda debüt edib. 8 oyundan 7-də qələbə qazanan Azərbaycan seçməsi ilk turun nəticələrinə əsasən ikinci pillədə qərarlaşıb.
- Stolüstü tenisçilərimiz Türkiyə Super Liqasında
- Stolüstü tennis üzrə "Baku Open" turnirinə start verilib
- Stolüstü tennisçilərimizdən Avrasiya Liqasında uğurlu çıxış
- Azərbaycanın stolüstü tennisçiləri Avrasiya Liqasında uğurlu debüt ediblər
- Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışda medal qazanıb