Stolüstü tennisçilərimiz Türkiyədə çempion olublar
                    
                    14.02.2025 - 21:59
                        
                    
                    tolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində uğurlu çıxış ediblər.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz U-15 kateqoriyasında qarışıq-qoşa yarışında finalda oynayıblar.
Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada tennisçilərimiz türkiyəli rəqiblərinə 3:2 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli cütü yanvarda Dohada keçirilən “WTT Youth Star Contender” turnirində qarışıq-qoşa yarışlarında bürünc medal qazanıb.
                                
                                0
                                
                                0