Stolüstü tennisçilərimiz “WTT Youth Contender” turnirini 3 medalla başa vurub
15.02.2025 - 18:53
Stolüstü tennisçilərimiz “WTT Youth Contender” turnirini 3 medalla başa vurub

Azərbaycanın stolüstü tennisçiləri Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” turnirini 3 medalla başa vurub.

Apasport.az xəbər verir ki, yarışın son günündə U-15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə komandanın aktivinə növbəti medalı yazdırıb.

Yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramanla qarşılaşan idmançı 2:3 hesabı ilə məğlub oıaraq bürünc mukafatla kifayətlənib.

Qeyd edək ki, O.Quluzadə U-17 kateqoriyasında da fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı. Qarışıq-qoşa yarışında isə Onur Quluzadə və Yağmur Məmmədli cütlüyü U-15 kateqoriyasında baş mükafata layiq görülmüşdü.