Bu gün taekvondo üzrə "Ümid-Alpman Open” turnirinin açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutub.
Açılış mərasimində Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Hikmət Səmədov və ATF rəsmiləri iştirak ediblər. Fəxri qonaqlar sırasında isə MMA döyüşçüləri Tofiq Musayev, Vüqar Kərəmov, idman səfiri Fəridə Əzizova, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da yer alıb.
Yarışa 45 klubdan 649 taekvondoçu qatılıb. Turnirdə Qazaxıstan, Özbəkistan və Gürcüstan təmsilçiləri də mübarizə aparır.
Qeyd edək ki, turnir oktyabrın 13-də başa çatacaq.