Azərbaycan voleybolçularının çıxış etdiyi “Fənərbaxça Acibadem” klubu Türkiyə Superliqasının final seriyasında yenə uduzub
05.05.2008 - 10:52
Azərbaycan voleybolçularının çıxış etdiyi “Fənərbaxça Acibadem” klubu Türkiyə Superliqasının final seriyasında yenə uduzub
Bakı. Kənan Həsənov – APA-Sport. Türkiyə voleybol Superliqasının final mərhələsi çərçivəsində növbəti oyun keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının üzvləri Valeriya Korotenko və Oksana Quliyevanın icarə əsasında çıxış etdikləri “Fənərbaxça Acibadem” doğma meydanda yığmamızın sabiq oyunçusu İnessa Qorxmazın şərəfini qoruduğu “Əczaçıbaşı Zentiva” klubu ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Zədəsini tam sağaltmayan O.Quliyeva meydana çıxmayıb. V.Korotenko ilə İ.Qorxmazın oyunu isə üç ulduzluq şkala ilə iki ulduzla qiymətləndirilib. Komandalar arasında növbəti görüş bu gün “Fənərbaxça Acibadem” klubunun meydanında keçiriləcək.
Qeyd edək ki, bu qələbə nəticəsində “Əczaçıbaşı Zentiva” seriyada 2:0 hesabı ilə önə keçib. İ.Qorxmazın komandası rəqibini nəzərdə tutulan son üç görüşdə bir dəfə məğlub edəcəyi halda, ölkə çempionu olacaq.
0