Lidiya Maksimenko: “Azərbaycan yığmasında çıxışıma icazə verildiyi üçün özümü xoşbəxt sayıram”
16.05.2008 - 12:41
Bakı. Kənan Həsənov - APA-Sport. “Artıq hər şey qaydasına düşüb. Zədəmi tam sağaltmışam və komanda ilə birgə məşqlərə qatılıram. Yeganə problem əvvəlki fiziki formaya düşməklə bağlıdır ki, bunu da məşqlərin hesabına aradan qaldıracağam”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın voleybol üzrə milli komandasının üzvü Lidiya Maksimenko söyləyib. 27 yaşlı ukraynalı legioner Avropa çempionatının seçmə qrup oyunlarında yığmaya kömək etmək istədiyini bildirib: “Mən özümü buna hazır sayıram. Dünən Azərbaycan milli komandasında çıxış etməyimə də icazə verildi. Buna görə özümü xoşbəxt sayıram. Axır ki, çoxdan gözlədiyim hadisə reallaşdı. Avropa çempionatının seçmə qrup mərhələsində ilk rəsmi oyunumu səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, 191 sm boya malik L.Maksimenko həm də “Azərreyl” klubunun üzvüdür.
Qeyd edək ki, 191 sm boya malik L.Maksimenko həm də “Azərreyl” klubunun üzvüdür.
0
0