Azərbaycanın qadın voleybol yığması sabah Avropa çempionatının qrup mərhələsində ilk oyununu keçirəcək
29.05.2008 - 10:52
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandası sabah Avropa çempionatının qrup mərhələsində ilk oyununu keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Faiq Qarayevin başçılıq etdiyi yığmamız Rumıniyanın Bizau şəhərində təşkil olunacaq yarışa İspaniya ilə oyunla başlayacaq. Komandamız, həmçinin mayın 31-də Makedoniya, iyunun 1-də Rumıniya ilə qarşılaşacaq. Qrup mərhələsinin ikinci dövrəsinin oyunları isə İspaniyanın Kaseras şəhərində keçiriləcək. Milli komandamız bu mərhələdə iyunun 6-da Rumıniya, 7-də İspaniya, 8-də Makedoniya ilə oynayacaq. Reqlamentə əsasən, qrup qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan komanda isə pley-offda mübarizə aparacaq.
Qeyd edək ki, yığmamız bu nüfuzlu yarış ərəfəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində təşkil olunan beynəlxalq turnirdə 7-ci yeri tutub.
Qeyd edək ki, yığmamız bu nüfuzlu yarış ərəfəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində təşkil olunan beynəlxalq turnirdə 7-ci yeri tutub.
0
0