Həmyerlimizin komandasına 25 min dollar cərimə - FOTO
23.06.2009 - 10:34
Azərbaycanlı basketbolçu Rasim Başakın şərəfini qoruduğu İstanbulun “Fənərbaxça” klubu ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər” 40 min türk lirəsi (təxminən 25 min ABŞ dolları) cərimələnib. Eyni zamanda, sözügedən klub növbəti 5 ev oyununu azarkeşsiz keçirəcək.
Türkiyə Basketbol Federasiyasının Nizam-İntizam Komitəsinin belə sərt qərar çıxarmasına səbəb “Fənərbaxça” azarkeşlərinin “Efes Pilsen”lə pley-off qarşılaşmasından sonra qalmaqal salmasıdır.
“Efes Pilsen” çempionluğun taleyini həll edən pley-off oyunlarında 0:2 hesabı ilə geri düşsə də, sonradan 3-ü səfərdə olmaqla, ardıcıl 4 qələbə qazanaraq, qızıl medallara layiq görülüb. Həlledici oyun başa çatan kimi isə “Fənərbaxça”nın fanatları meydançaya müxtəlif əşyalar, hətta ayaqqabılarını tullayıb, rəqib komandanın basketbolçularına hücum çəkiblər. Qarşılaşmanın keçirildiyi zal əsl yumruq davasına şahid olub.

0
0