“Yığmanın zəif çıxışına səbəb İnternetdir”
31.08.2009 - 13:25
Çin Voleybol Federasiyasının rəhbərliyi qadınlardan ibarət yığmanın “Qran-Pri”nin final mərhələsindəki uğursuz çıxışının səbəbini tapıb. Apasport.az saytının məlumatına görə, federasiya rəsmiləri milli komandanın zəif oyununu voleybolçuların İnternetdə çox vaxt keçirmələri ilə əlaqələndiriblər.
“Yığma üzvləri oyundan və məşqdən sonra kompyuter önündə həddən artıq çox vaxt keçirirlər. İnternet onlara maneçilik törədir, fikirlərini bir yerə cəmləməyə imkan vermir. Kompyuter voleybolçuların təkcə yuxu rejimlərini pozmur, həm də onları xudbinləşdirir. Onlar canlı ünsiyyəti yadırğayırlar, nəticədə oyun zamanı həmrəylik gözə çarpmır. Bu, hazırkı nəslin ümumi ideoloji problemidir” - deyə Çin Voleybol Federasiyasının vitse-prezidenti Li Tsyuantsyan deyib.
Qeyd edək ki, Çin komandası “Qran-Pri”nin finalında 6 kollektiv arasında 5-ci yeri tutmaqla, tarixində ən zəif nəticəni göstərib.

0
0