“Rabitə” finalda rəqibini gözləyir
19.04.2010 - 09:09
Qadın voleybolçular arasında Azərbaycan Super Liqası yekunlaşmaq üzrədir. Apasport.az saytının məlumatına görə, finalçılardan biri iki oyundan sonra müəyyənləşsə də, digəri həlledici matçdan sonra bəlli olacaq.
Belə ki, ilk qarşılaşmada “Lokomotiv”ə 3:2 hesabı ilə qalib gələn “Azərreyl” növbəti görüşdə üstünlüyünü qoruya bilməyib. Adnan Kistakın yetirmələri “dəmiryolçular”a “quru” hesabla məğlub olublar – 0:3 (25:21, 25:19, 25:18).
Reqlamentə əsasən, bu komandalar arasında üçüncü matç keçiriləcək. Oyunun vaxtı bu gün Azərbaycan Voleybol Federasiyasında baş tutacaq iclasdan sonra bəlli olacaq.
Xatırladaq ki, finala vəsiqə qazanan “Rabitə” hər iki oyunda “İqtisadçı”ya 3:2 hesabı ilə qalib gəlib.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0