Natalya Məmmədovanın komandası uduzdu
19.04.2010 - 13:06
Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədovanın çıxış etdiyi Krasnodarın “Dinamo” klubunun Rusiya çempionatının finalına yüksəlməsi çətinləşib. Apasport.az saytının məlumatına görə, “Zariçye Odinçova” ilə matçın ilk setində krasnodarlılar qələbə qazansalar da, üstünlüyü qoruya bilməyiblər. Birinci hissədəki məğlubiyyətdən “dərs alan” rəqib Məmmədovanın komandasına çətin anlar yaşadıb. Dalbadal 3 setdə “Dinamo”ya qalib gələn “Zariçye Odinçova” 3:1 hesabı ilə qələbə qazanıb. Reqlamentə görə, 3 qələbə qazanan komanda finala yüksələcək.
Qeyd edək ki, qazanılan qələbədən sonra “Zariçye Odinçova” 2:0 hesabı ilə irəlidədir.
Qeyd edək ki, qazanılan qələbədən sonra “Zariçye Odinçova” 2:0 hesabı ilə irəlidədir.
- Millimizdə baş məşqçi dəyişikliyi - RƏSMİ
- Millimiz Avropa Liqasına hazırlıqlara start verib
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa Liqasının hazırlığına başlayıb
- 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışı başlayıb
- AVF-in rəsmisi Çempionlar Liqasının "Dördlər Finalı"nda
0
0