Azərbaycanlı oyunçu “Trabzonspor”un bombardiri oldu
20.09.2010 - 13:12
Türkiyədə həndbol üzrə kişilər arasında Super Liqaya start verilib. Apasport.az saytının məlumatına görə, ilk tur Azərbaycan yığmasının 4 üzvü - Eldar Fərəcov, Emin Aydəmirov, Kamran Alxazov və Sergey Georgevskinin forma geyindikləri “Trabzonspor” üçün uğurlu olmayıb.
“Bahçeşeher Koleci” komandasını qəbul edən Trabzon təmsilçisi fasiləyə 12:12 hesabı ilə yollansa da, sonda 1 xal fərqi ilə (27:28) uduzub. Görüşdə həndbolçularımızn hamısı meydanda olublar. Məğlubiyyətə baxmayaraq, türkiyəli həmkarlarımız həmyerlilərimizin çıxışını yüksək qiymətləndiriblər. Onlar komandanın heyətində 2 həndbolçunun oyununu 3 ulduza layiq görüblər ki, bunlardan da biri Georgevski olub. Təmsilçimiz həm də “Trabzonspor”un heyətində klubuna ən çox xal qazandıran həndbolçu olub. O, komandasının 27 qolundan 11-inə imza atıb.
2 ulduzla qiymətləndirilən 3 oyunçu arasında yer alan Aydəmirov komandasının aktivinə 2 xal yazdırıb. Fərəcov və Alxazov isə 1 xalla 1 ulduza layiq görülüb.
Qeyd edək ki, “Trabzonspor” II turda “Nilufər Bələdiyyəsi”ni sınağa çəkəcək.

- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
0
0