Azərbaycan çempionu 2 yoxlama görüşü keçirəcək
17.11.2010 - 00:00
Azərbaycan çempionu 2 yoxlama görüşü keçirəcək
Paytaxtın “Rabitə” voleybol klubu Çempionlar Liqasına hazırlığı 2 yoldaşlıq görüşü ilə bitirəcək. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis Dejan Brdjoviç yetirmələrini “İqtisadçı” ilə görüşdə yoxlamaq qərarına gəlib.

O, noyabrın 19-da və 20-də baş tutacaq oyunlarda komandasının son vəziyyəti ilə tanış olacaq və müəyyən taktiki-texniki gedişləri bir daha sınaqdan keçirəcək.

Qeyd edək ki, “Rabitə” tam heyətlə ilk oyununa da məhz “İqtisadçı” ilə görüşdə çıxacaq. Çünki komandanın dünya çempionatında iştirak edən voleybolçuları həmin vaxtda baş məşqçinin sərəncamında olacaq.
0