“Bakı” Puerto-Riko yığmasının 3 üzvünü transfer edir
17.11.2010 - 10:14
Türkiyədə təlim-məşq toplanışında olan paytaxtın “Bakı” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, paytaxt komandası Puerto-Riko yığmasının 3 voleybolçusu – Mojike Vilmarii, Sarai Alvares və Aleksandra Oquendo ilə müqavilə bağlamağa yaxındır.
Yaponiyada keçirilən dünya çempionatında ölkəsinin şərəfini qoruyan trio artıq baş məşqçisi Mixael Omelçenkonun sərəncamındadır. Puerto-Riko Voleybol Federasiyasının rəsmisi Humberto Paqanın sözlərinə görə, danışıqlar davam edir və yaxın günlərdə rəsmi müqaviləyə imza atılacaq.
Qeyd edək ki, Vilmarii həmçinin yığmalarının kapitan sarğısını daşıyır.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0