Yığmamız ikinci oyunda da uduzdu
25.11.2010 - 13:45
Ukraynanın paytaxtı Kiyevdə qadınlar arasında həndbol üzrə beynəlxalq turnirdə II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk görüşdə ev sahiblərinə 21:26 hesabı ilə uduzan Azərbaycan yığması yenə meydanı başıaşağı tərk edib.
150 azarkeşin izlədiyi qarşılaşmada Rəfiqə Şabanovanın yetirmələri bu dəfə Belarusa məğlub olublar. Milli komandamız birinci hissədə 15:12 hesabı ilə irəlidə olsa da, matçın yekununda rəqibdən 4 top az toplayıb - 25:29. Digər oyunda Ukrayna yığması Litva həndbolçularına 35:20 hesabı ilə qalib gəlib.
2 turdan sonra aktivində 4 xalı olan Ukrayna və Belarus milliləri ilk 2 pillədə qərarlaşıblar. Son turda üz-üzə gələcək Azərbaycan və Litva yığmaları isə xala həsrətdirlər.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0