“Onlar Azərbaycanda xalqın komandası sayılır”
09.12.2010 - 13:10
“Bizdə basketbol və futbola maraq böyük olduğu kimi, Azərbaycanda voleybolu sevirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yunanıstanın “Markopoulo” klubunun prezidenti Paris Evangeliou deyib.
Bu gün “Çelenc Cup” turnirinin II təsnifat mərhələsində “Azərreyl”in qonağı olacaq “Markopoulo”nun rəhbəri oyunun çətin keçəcəyini bildirib: “Bizim komanda bir qədər gəncdir. Amma Azərbaycan klubu çox güclü və səviyyəli voleybolçulardan qurulub. Fikrimcə, onlar xalqın komandası hesab edilir. “Azərreyl”in oyununu izləməyə 3000 azarkeşin gəlməsi belə deməyə əsas verir. Bunun üçün bizi Bakıda gərgin və maraqlı bir qarşılaşma gözləyir”.
Qeyd edək ki, “Azərreyl” - “Markopoulo” oyunu saat 18:00-da start götürəcək.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0