“Güclü legionerlərdən təşkil edilən Bakı klubunun səviyyəsi yüksəkdir”
16.12.2010 - 11:45
“Rəqib layiqli qələbə qazandı. Biz zəif olduğumuz üçün mübarizəni dayandırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Sparkasse” voleybol klubunun baş məşqçisi Helmut Voggenberger deyib.
“Çelenc Cup” turnirinin II mərhələsində “İqtisadçı” klubu Avstriya təmsilçisini hər 2 qarşılaşmada 3:0 hesabı ilə məğlub edib. Universitet komandasına 1 setdə belə qalib gələ bilməyən “Sparkasse”nin çalışdırıcısı yetirmələrinin təcrübəsizliyindən şikayətlənib: “Rəqiblə müqayisədə bizim komandada təcrübəsiz voleybolçular yer alıblar. Güclü legionerlərdən təşkil edilən Bakı klubunun səviyyəsi yüksəkdir. Cütün taleyini də məhz onlar həll etdilər. Son hissələrdə bir qədər yaxşı oynasaq da, bu qələbə üçün kifayət etmədi”.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0