Azərbaycan çempionunun rəqibi Superkubok qazandı
24.12.2010 - 11:10
Çempionlar Liqasının qrup mərhələsində Bakının “Rabitə” voleybol klubunun rəqibi “Skavolini” İtaliyada növbəti titulunu qazanıb. Apasport.az saytının məlumatına görə, Pesaro təmsilçisi Superkubokda “Villa-Korteze” ilə qarşılaşıb.
Oyunun çətin keçəcəyi gözlənilsə də, “Skavolini” asan qələbə qazanıb. Onlar rəqiblərini 3:0 (25:20, 25:20, 25:19) hesabı ilə məğlub etməklə, ardıcıl 3-cü, ümumilikdə isə 4-cü dəfə Superkuboka sahib olublar.
Qeyd edək ki, Çempionlar Liqasının II turunda “Rabitə”ə ilə qarşılaşan “Skavolini” 1:3 hesabı ilə uduzmuşdu. Komandalar arasında cavab oyun yanvarın 6-da səfərdə keçiriləcək.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0