Dejan Brdjoviç: Qarşıda hələ 1 tur var
06.01.2011 - 14:35
“İtaliya çempionu ilə görüş heç də həlledici oyun deyil. Qarşıda hələ 1 tur var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.
Bu gün Çempionlar Liqasının V turunda Azərbaycan çempionu İtaliya “Skavolini”sinin qonağı olacaq. Serbiyalı mütəxəssis bildirib ki, bu matçı digərlərindən fərqləndirmək heç də düzgün deyil: “Görüşün çətin keçəcəyini bilirik. Amma biz digər oyunlarda olduğu kimi bu dəfə də meydana qələbə üçün çıxacağıq. Fikrimcə, pley-off mərhələsinə yüksəlməyimizdə heç bir problem olmayacaq və uğurla irəliləyəcəyik”.
Qeyd edək ki, “Skavolini” – “Rabitə” oyunu saat 21:00-da başlayacaq.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0