Vitse-çempionda baş məşqçi istefası
11.01.2011 - 09:46
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, paytaxtın “Lokomotiv” klubu baş məşqçi Aleksandr Çervyakovu vəzifəsindən kənarlaşdırıb.
Super Liqanın ilk dövrəsində cəmi 6 xal toplayan “dəmiryolçuların” qeyri-qənaətbəxş çıxışı Çervyakovun komandadan ayrılmasına səbəb olub. Ötən ilki vitse-çempionun hazırda 4-cü pillədə qərarlaşması rəhbərliyi qane etməyib.
Xatırladaq ki, Aleksandr Çervyakovdan öncə “İqtisadçı” da türkiyəli baş məşqçi Rəşad Yazıçıoğulları ilə yollarını ayırmışdı

- Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi millinin düşərgəsində
- Bakıda voleybol məşqçiləri üçün beynəlxalq kurs keçirilir
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
0
0