Azərbaycan finalı üçün türk və ukraynalı hakim
28.03.2011 - 09:02
Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 29-da Bakının “Lokomotiv” və “Azərreyl” klublarının ilk görüşünə türkiyəli ədalət təmsilçisi Bayram Dikməntəpə təyinat alıb. Ona bu qarşılaşmada köməklik etmək ukraynalı Mixaylo Melnikə tapşırılıb.
Aprelin 2-də baş tutacaq cavab görüşündə isə əsas fit sahibi Melnik olacaq. Dikməntəpə bu dəfə II hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək oyunların hər 2-si saat 18:00-da start götürəcək.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0