Draqutin Baltiçin Azərbaycanı tərk edəcəyi tarix dəqiqləşib
14.04.2011 - 11:39
Bakının “Lokomotiv” voleybol klubunun baş məşqçisi Draqutin Baltiçin Azərbaycanı tərk edəcəyi tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bolqarıstan yığmasına təyinatı rəsmiləşən mütəxəssis mayın 8-də Super Liqanın gümüş mükafatçısı ilə vidalaşacaq.
Bu isə Azərbaycan çempionatının final mərhələsi yekunlaşdıqdan sonra reallaşacaq. O, “Lokomotiv”i axırıncı dəfə mayın 7-də “İqtisadçı” ilə oyuna çıxaracaq.
Xatırladaq ki, ötən mövsüm “Rabitə” ilə Azərbaycan çempionu olan Baltiç 3 illik müqavilə imzaladığı yeni komandasına ilk məşqini mayın 10-da keçəcək.

- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
0
0