Bakı klubu Bolqarıstan millisinin üzvünü transfer edə bilmədi
20.05.2011 - 11:21
Bolqarıstan milli komandasının voleybolçusu Yeva Yanevanın Bakının “Lokomotiv” klubuna keçidi baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, paytaxt klubuna gələcəyi bildirilən voleybolçu artıq seçimini edib.
O, karyerasını Moskva “Dinamo”sunda davam etdirəcək. Yaneva yığmamızın kapitanı Oksana Parxomenkonun şərəfini qoruduğu klubla 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Yevanın ötən il də “Lokomotiv”ə gəlmək şansı var idi. Lakin 26 yaşlı voleybolçu sonda Rusiya “Omiçka”sını seçmişdi.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0