Mira Qoluboviç: Final barədə xüsusi danışmaq lazımdır
17.10.2011 - 23:03
“Rabitə” klubunun voleybolçusu Mira Qoluboviç Qətərin paytaxtı Doha təşkil edilmiş dünya çempionatını dəyərləndirib. 35 yaşlı blok oyunçusu apasport.az saytına açıqlamasında deyib ki, komandası bu mötəbər yarışa ciddi hazırlaşmışdı və onun sayəsində də sonda qalib adını qazanıb: “Məqsədimiz dünya çempionluğunu qazanmaq idi. Sevinirik ki, bunu da bacardıq. Final görüşü barəsində xüsusi danışmaq lazımdır. Rəqibə qarşı xüsusi hazırlaşmışdıq. Türklər bizə Avropa Çempionlar Liqasında qalib gəlmişdi. Dünya çempionatında bu məğlubiyyətin əvəzini çıxdığımıza görə çox şadam”.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0