Yığmamız 22 top fərqi ilə uduzdu
20.10.2011 - 13:01
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsində ilk matçını keçirib. Apasport.az saytının məlumatına görə, I qrupda yer alan Rəfiqə Şabanovanın yetirmələri Macarıstan yığmasına səfərdə biabırçı hesabla uduzublar.
Belə ki, ilk hissədə 13 top (7:20) geridə olan millimiz yekunda 19:41 hesabı ilə məğlub olub.
Qrupumuzda baş tutan digər görüşdə isə Almaniya Belarusa 27:19 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, həndbolçularımız növbəti matçlarını oktyabrın 23-də Bakıda keçirəcəklər. Oyun saat 17:00-da başlayacaq.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0