Klublarımızın gücü yeni rekord vurdu!
17.11.2011 - 00:00
Avropa Voleybol Konfederasiyası (CEV) qadın komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni açıqlanan siyahıda Azərbaycan ötən ilk rekordunu yeniləyərək, 15-ci pillədən 8-ci yerə yüksəlib.
Hazırda komandamızın aktivində 224,33 xalı var. Bu xala əsasən ölkəmiz qadın komandalar arasında 2012/2013-cü illər mövsümündə Çempionlar Liqasında 1, CEV kuboku və “Çelenc cup”ın hərəsində 2 klubla təmsil olunmaq hüququ qazanıb.
Bir il öncə aktivində 154.33 xalı olan Azərbaycanın yeni rekord qırmasında ən böyük pay sahibi “Rabitə” klubudur. Onlar Çempionlar Liqasının finalına yüksəlməklə ölkəmizin reytinqini kifayət qədər qaldırıblar. Bu uğurda, həmçinin “Çelenc Cup”ın həlledici görüşündə üz-üzə gələn “Azərreyl” və “Lokomotiv”in də əməyi var.
Yeri gəlmişkən, ötən mövsüm və növbəti ildə Azərbaycan klubları Çempionlar Liqasına “wild card”la qatılırlar. Kişi komandaların mübarizəsində isə yeni mövsümlə müqayisədə 2012/2013-cü illərdə Avrokuboklarda iştirak etmək arzusuna düşsək güzəştli karta ümid edəcəyik.
Qeyd edək ki, yeni siyahıda lider dəyişikliyi də baş verib. Rusiya italiyalıları taxtdan salmaqla, Çempionlar Liqasında 3, CEV və “Çelenc Cup”da 1 klubla təmsil olunmaq hüququ qazanıb. Cədvəldə İtaliya 2-ci, Türkiyə 3-cüdür.

0
0