“Azərreyl”ə qarşı oynamaq böyük şərəfdir”
17.11.2011 - 10:00
“Bizim üçün Konstantada dünya voleybolunda ən güclü komandalara qarşı oynamaq böyük şərəfdir”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Tomis” voleybol klubunun prezidenti Kristian Zgabersia deyib.
O, rəhbərlik etdiyi komandanın Çempionlar Liqasının yeni mövsümündə hədəflərini açıqlayıb. Zgabersia D qrupunda mübarizə aparacaqları “Azərreyl” (Azərbaycan), “Foppapedretti” (İtaliya) və “Vakıfbank TTelekom”ı (İtaliya) Avropanın ən güclüləri hesab edir: “Rəqiblərimizdən “Vakıfbank TTelekom” Çempionlar Liqasının son qalibidir. Onlar mart ayında nəyə qadir olduqlarını göstəriblər. “Foppapedretti” isə İtaliya A Seriaysının mükafatçısıdır. Həmçinin, 2009/2010 mövsümündə Çempionlar Liqasının qalibi olub. “Azərreyl”i gəlincə, onlar çox varlı klubdur və büdcələri kifayət qədərdir. Lakin biz ümidləri doğrultmağa və bu cür güclü rəqiblərə qarşı layiqli çıxış etməyə çalışacağıq. Bu asan olmayacaq və biz yaxşı oynamaq istəyirik”.
Qeyd edək ki, “Azərreyl” Çempionlar Liqasında ilk görüşünü məhz “Tomis”ə qarşı keçirəcək. Bu matç noyabrın 29-da olacaq.

0
0