Darko Zakoç: Azərbaycan komandasına sürprizimiz olacaq
17.11.2011 - 10:29
“Mənim bu turnirdə bir qədər iş təcrübəm var. Onu bilirəm ki, matçın nəticəsi mütləq klubun şöhrəti və büdcəsi ilə bağlı deyil”. Apasport.az saytının məlumatına görə, bu sözlər Rumıniyanın “Tomis” voleybol klubunun baş məşqçisi Darko Zakoç deyib.
Eyni zamanda, Rumıniya yığmasını çalışdıran 48 yaşlı mütəxəssis Çempionlar Liqasında sürpriz komanda olacaqlarına inanır. O bildirib ki, yetirmələri artıq Bakının “Azərreyl” klubu ilə debüt oyununa hazırdırlar: “Bizim həmişə bir neçə sürprizimiz olub. Düzdür, bizə qrupda autsayder kimi baxılır. Ancaq bu mübarizəyə qoşulub, qarşımıza yüksək məqsədlər qoymuşuq. Ümid edirik ki, Çempionlar Liqasının ilk tutunda qəbul edəcəyimiz “Azərreyl”lə oyuna yaxşı hazırlaşmışıq”.
Qeyd edək ki, D qrupunda “Tomis” və “Azərreyl”lə yanaşı, “Foppapedretti” (İtaliya) və “Vakıfbank TTelekom” (Türkiyə) komandaları da yer alıblar.

0
0