Bakı klubu “Srvena Zvezda”ya şok yaşatdı
17.11.2011 - 12:12
Bakı klubu “Srvena Zvezda”ya şok yaşatdı
Bakının “Lokomotiv” voleybol klubu Serbiyada təlim-məşq toplanışını başa vuraraq, Azərbaycana qayıdıb. Apasport.az saytının məlumatına görə, 8 gün Belqradda hazırlıq keçən “dəmiryolçular” burada yerli “Srvena Zvezda” ilə 2 yoxlama matçında qüvvələrini sınayıblar.

Hər 2 matç Draqutin Baltiçin yetirmələrinin qələbəsi ilə yekunlaşıb. Voleybolçularımız ilk oyunda 3:0, ardınca 3:1 hesabı ilə rəqiblərini məğlub ediblər.

Qeyd edək ki, “Lokomotiv” Serbiyadan öncə Sloveniyada hazırlıq keçmişdi.