Bakıdan gedib soyundu - FOTOSESSİYA
22.11.2011 - 00:01
Bakıdan gedib soyundu - FOTOSESSİYA
“Omiçka”da oynayanda mənə çox çətin idi. Çünki həm Omskda havalar çox soyuq idi, həm də insanlar qəmli görünürdü”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “İqtisadçı” voleybol klubunun sabiq kubalı legioneri Yaima Ortis deyib.

30 yaşlı hücumçu “RİOsport” jurnalı üçün pozalar verib. Soyunaraq fotoobyektivlərin qarşısına keçən Ortis müsahibəsində “İqtisadçı”dan danışmasa da, yeni klubu “Dinamo” ilə bağlı fikirlərini bildirib: “Moskva Omskdan tam fərqlənir. Paytaxt sakinləri çox şəndirlər və bu xasiyyətlərində kubalılara bənzəyirlər. “Dinamo”dakı ab-hava isə superdir. Hətta nahar və şah yeməyini hər gün bir yerdə edirik”.

181 sm boya və 52 kq çəkiyə malik Azərbaycan Super Liqasının bürünc mükafatçısının sözlərinə görə, o karyerasını bitirdikdən sonra moda aləminə maraq göstərəcək: “Modadan və onu nümayiş etdirməkdən ötrü ölürəm. Bir dəfə küçədə bir kişi mənə yaxınlaşıb, model olub-olmamağımı soruşdu. O dərəcədə gülməli idi ki, gözlərimdən yaş belə gəldi. Cavab verdim ki, mən idmançıyam. Sonradan isə məlum oldu ki, həmin kişi məşhur dizaynerdir. Tezliklə sərt pəhriz nəticəsində təxminən 10 kq arıqladım və həmin kişinin yanında model kimi çalışmağa başladım. Amma sonradan yenidən idmana qayıtdım. Buna baxmayaraq, 1 İtaliya şirkəti ilə əməkdaşlığı davam etdirirəm. Karyeramı bitirəndən sonra çalışıb Latın Amerikası üçün qadın geyimləri istehsalı ilə məşğul olacağam”.

Qeyd edək ki, Afina-2004-ün bürünc mükafatçısı olan Ortis az öncə modellik bacarığını nümayiş etdirmişdi.
0