Azərbaycanda oynaya bilmədi, Türkiyənin II liqasını seçdi
22.11.2011 - 10:10
Azərbaycanda oynaya bilmədi, Türkiyənin II liqasını seçdi
“Azərreyl” və “Bakı”nın sabiq voleybolçusu Noris Kabreranın Polşanın “PTPS Pila” kluba keçidi alınmayıb. Apasport.az saytının məlumatına görə, Kuba milli komandasının üzvü son anda müqaviləyə imza atmaqdan imtina edib və Türkiyəni seçib.

O, bunu qonşu ölkənin II liqasında mübarizə aparan “İdmanocağı”ndan aldığı sərfəli təkliflə əlaqələndirib. Beləliklə, Azərbaycanda çıxışı uğursuz alınan 185 sm boya malik legioner növbəti bir ildə Türkiyədə çıxış edəcək.

Qeyd edək ki, gənclərdən ibarət Kuba yığmasının 25 yaşlı sabiq kapitanı ötən mövsümün əvvəlində “Azərreyl”ə transfer edilsə də, II dövrədə “Bakı”ya keçmişdi.