“Azərreyl” Türkiyəyə yollandı
22.11.2011 - 10:38
“Azərreyl” voleybol klubu Bakının tərk edib. Apasport.az saytının məlumatına görə, 3 ildən sonra Çempionlar Liqasında çıxış edəcək “dəmiryolçular” Türkiyəyə yollanıblar.
Onlar Super Liqanın ilk turunda “Lokomotiv Biləcəri” ilə oyunları təxirə salındığı üçün qitənin ən möhtəşəm yarışının startına qonşu ölkədə hazırlaşacaqlar. Faiq Qarayevin yetirmələri burada yoxlama matçı da keçirməyi planlaşdırır.
Qeyd edək ki, noyabrın 29-da Rumıniya “Tomis”i ilə qarşılaşacaq “Azərreyl” Konstantaya Türkiyədən yollanacaq.

- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
0
0