Neaqa Bakıya gəlir
22.11.2011 - 11:31
Neaqa Bakıya gəlir
Rumıniyanın “Tomis” voleybol klubunun heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində “Azərreyl”lə qarşılaşacaq Konstanta təmsilçisi iştirak ərizəsinə 15 voleybolçunun adını daxil edib.

Baş məşqçi Darko Zakoç yeni mövsümdə Klaudia Gavrilesku, Yelena Butnaru, Anka-İoana Dobrota, Anamiriya Serban, Kristina-Ana Çazaku, Diana-İoana Neaqa, Aleksandra-Romela Triça, Andria İspas, Ana-Mariya Dimitru (hamısı Rumıniya), Yuliya Bogmatser (Ukrayna), Svetelina Zarkova, Radosveta Teneva-Miliçeviç (hər ikisi Bolqarıstan), Katsiarina Zakreuskaya (Belarus), Yovana Vesoviç və Marina Vujoviçə (hər ikisi Serbiya) güvənəcək.

Qeyd edək ki, Faiq Qarayevin yetirmələri ilk matçda məhz “Tomis”lə oynayacaqlar. Rumıniyada keçiriləcək oyun noyabrın 29-da olacaq.
0