“Bakı”dan inamlı qələbə
01.12.2011 - 21:47
“Bakı”dan inamlı qələbə
“Bakı” voleybol klubu bu gün “Çelenc Cup” turnirində növbəti matçını keçirəcək. Apasport.az saytının məlumatına görə, ilk mərhələdə “Famaqusta”nı (Kipr) məğlub edən paytaxt təmsilçisi bu dəfə Fransanın “Evre” klubu ilə qüvvəsini sınayacaq.

Bakı İdman Sarayında baş tutacaq matçın aşkar favoriti Ancelo Vercesinin yetirmələri hesab olunurlar. Çünki Fransa çempionatında 12 komanda arasında sonuncu olan “Evre”nin ölkəmizdə möcüzəyə imza atmaları inandırıcı deyil. Bu azmış kimi, “Bakı” hazırda möhtəşəm heyətə malikdir. Məhz bu səbəbdən, onlar ilk mərhələdə olduğu kimi “quru hesablı” qələbə qazanacaqları gözlənilir.

II təsnifat mərhələsi

İlk oyun

“Bakı” (Azərbaycan) – “Evre” (Fransa) - 3:1 (25:15, 18:25; 25:20; 25:11)
Hakimlər: Dəniz Dəmir (Türkiyə), Nikulae Stan (Rumıniya)
Bakı İdman Sarayı

Qeyd edək ki, “Çelenc Cup”da digər təmsilçimiz “Lokomotiv” Macarıstan “Vaşaş”ını səfərdə 3:0 hesabı ilə məğlub edib.