“Bütün gücümüzü ortaya qoymalıyıq ki, sürprizlərdən qaçaq”
02.12.2011 - 11:06
“Çempionlar Liqasının bütün iştirakçıları güclü və iddialıdır. Onlar bizə potensial rəqiblərdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Rabitə”nin voleybolçusu Mira Qoluboviç deyib.
Paytaxt təmsilçisinin əsas kapitanı Natalya Məmmədova zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda meydana çıxmayıb. Bu səbəbdən dünya çempionlarında bu sarğını serbiyalı legioner daşıyıb. Fransanın “Myulhaus” klubu üzərində qələbədən sonra Qoluboviç bildirib ki, bütün oyunlara ciddi yanaşmalıdırlar: “Biz sadəcə olaraq, hər oyunda konsentrasiya olmalıyıq. Bütün gücümüzü ortaya qoymalıyıq ki, sürprizlərdən qaçaq. Əlbəttə, bizim əsas məqsədimiz ən güclü olub və Çempionlar Liqasını qazanmaq istəyirik. Ancaq bu uzun yoldur”.
Qeyd edək ki, “Rabitə” - “Myulhaus” matçı 3:0 hesabı ilə yekunlaşıb.

0
0