Maqaili Maqail: “Rabitə” dünyada ən yaxşı komandalardan biridir
02.12.2011 - 11:49
Maqaili Maqail: “Rabitə” dünyada ən yaxşı komandalardan biridir
“Biz səfərdən öncə bilirdik ki, bütün rəqiblərimiz çox güclüdür. Ancaq əslində “Rabitə” dünyada ən yaxşı komandalardan biridir”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Myulhaus”un baş məşqçisi Maqaili Maqail deyib.

O, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Bakının “Rabitə” klubuna 0:3 hesablı məğlubiyyətdən nəticə çıxaracaqlarını deyib. Maqailin sözlərinə görə, iddialarını sona kimi davam etdirəcəklər: “Məğlubiyyətə baxmayaraq, biz növbəti oyunlarda qələbə barədə fikirləşirik. Ancaq “Rabitə” ilə oyunda top qəbulundakı problemlərimiz ilk cəhdəcə bunu reallaşdırmağa heç bir şans vermədi”.

“Myulhaus”un kapitanı Armelle Faeşç da bu amilə toxunub: “Rabitə”ə ilə oyunda top qəbulumuz və topu oyuna daxil etməyimiz çox pis idi. Məhz bu amil məğlubiyyətimizə səbəb oldu”
0