Məşhur voleybolçu “Azərreyl”ə “yox” dedi
02.12.2011 - 12:54
“Azərreyl” klubunun növbəti transferi baş tutmayacaq. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “dəmiryolçular” Almaniya milli komandasının kapitanı Angelina Qrünü heyətinə qatmaq istəsələr də, bu alınmayacaq.
Müəyyən müddət çimərlik voleybolunda çıxış edən əfsanəvi oyunçu Avropa çempionatı ərəfəsində yığmasının ona ehtiyacı səbəbindən yenidən böyük meydana qayıdıb. Lakin Qrün hələ ki, heç bir klubla anlaşmayıb. Türkiyəli həmkarlarımızın yazdıqlarına görə, 32 yaşlı voleybolçu ilə “Azərreyl”lə yanaşı, Türkiyənin “Qalatasaray”, Fransanın “Kann” və İtaliyanın bir çox komandaları maraqlansalar da, hamısına “yox” cavabı verilib. O, hazırda Moskva “Dinamo”su ilə danışıqlar aparır və bu klublar müqavilə bağlamağa yaxındır.
Qeyd edək ki, Qrün 1997-2008-ci illərdə yığmanın şərəfini qoruduqdan sonra milli karyerasını başa vursa da, bu il yenidən əsas komandaya qaytarılıb. O, almanların heyətində 272 matçda forma geyinib.

0
0