Bolqarıstan yığmasının üzvü Azərbaycan çempionatında - FOTO
02.12.2011 - 16:52
Bolqarıstan yığmasının üzvü Azərbaycan çempionatında - FOTO
Bakının “İqtisadçı” klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, CEV kubokunda debütü uğurlu olan “universitet komandası” Bolqarıstan milli komandasının voleybolçusu Lora Kitipova ilə müqavilə bağlayıb.

Artıq ölkəmizdə olan Sofiya MOİK-inin voleybolçusu “İqtisadçı”nın italiyalı baş məşqçisi Emanuele Sbano ilə görüşüb. Mütəxəssis bu legionerin hazırkı vəziyyəti barədə tam məlumatı şəxsən özündən alıb.

Bununla da, yeni mövsümdə Azərbaycan klublarında çıxış edəcək Bolqarıstan milli komandasının voleybolçuların sayı 5-ə çatıb. Mariya Filipova, Diana Nenova və Kremena Kamenova “Lokomotiv”də, Dobra Rabadjiyeva “Rabitə”də çıxış edir.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Kitipova 183 sm boya malikdir.