Vladimir Kliçko xəstəxanaya yerləşdirildi
03.12.2011 - 14:32
Vladimir Kliçko xəstəxanaya yerləşdirildi
Məşhur ukraynalı peşəkar boksçu Vladimir Kliçko Almaniyada xəstəxanaya yerləşdirilib. Apasport.az saytının məlumatına görə, super ağır çəkidə dünya çempionu mədəsindəki ağrılardan əziyyət çəkir.

Kliçkonun meneceri Bernd Bent bildirib ki, hazırda Düsseldorfdakı klinikalarından birində olan boksçunun böyrəyində sancı simptomu var. Ancaq bununla belə, Vladimirin dekabrın 10-da fransalı iddiaçı Jan-Mark Mormeklə döyüşünün təxirə salınmağı ilə bağlı hələ məlumat yoxdur: “Döyüş hələ təxirə salınmayıb. Vladimir özünü yaxşı hiss edir. O, şənbə günü müayinədən keçəcək. Ancaq ehtimal edirik ki, döyüş hər halda, baş tutacaq”.