Faiq Qarayev “Azərreyl”dən kənarda qaldı
03.12.2011 - 16:08
Faiq Qarayev “Azərreyl”dən kənarda qaldı
Faiq Qarayevin qadınlardan ibarət “Azərreyl” voleybol klubunun baş məşqçisi kimi Super Liqaya qayıdışı baş tutmayıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ı cari çempionatımızda ilk oyunda “Azəryolservis”lə bugünkü matça Vüqar Əliyev çıxarıb. Bununla da komandaya ötən mövsüm “Çelenc Cup”ı, Superliqamızın gümüş medalını qazandıran gənc çalışdırıcının daxili yarışlarda baş məşqçi olacağı təsdiqlənib. Qarayev isə bu funksiyanı beynəlxalq miqyasda, daha dəqiq desək, Çempionlar Liqasında (ÇL) icra edəcək.

Qeyd edək ki, “Azərreyl” milli komandamızın da baş məşqçisi olan Qarayevin rəhbərliyi altında ÇL-ə 3 illik fasilədən sonra qayıdışını qələbə ilə qeyd etdi.