Dirk Novitski Azərbaycana qarşı
04.12.2011 - 17:19
Dirk Novitski Azərbaycana qarşı
Basketbol üzrə Avro-2013-ün seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Kişilərdən ibarət yığmamız Almaniya, Bolqarıstan, İsveç və Lüksemburqla birgə B qrupunda mübarizə aparacaq. Tanınmış basketbolçu Dirk Novitskinin lideri olduğu Almaniya yığmasının favoriti olduğu seçmə mərhələ oyunları bu il avqustun 15-dən sentyabreın 11-dək keçiriləcək.