Bakıda məğlub oldu, Fransada qələbə hesabını açdı
05.12.2011 - 10:19
Qadın voleybolçular arasında Fransa çempionatının növbəti turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup” turnirində “Bakı”nın rəqibi “Evre” VI matçında ilk qələbəsini qazanıb. Onlar səfərdə “Venelles”i 3:1 hesabı ilə məğlub ediblər.
Çempionlar Liqasında “Rabitə” ilə eyni qrupda yer alan “Myulhaus” da turu qələbə ilə başa vurub. Rəqibimiz “Nansi”yə 3:0 hesabı ilə qalib gəlib.
Beləliklə, 6 turdan sonra “Myulhaus” 2-ci, “Evre” 10-cu yerə yüksəlib.
Qeyd edək ki, “Bakı” və “Rabitə” hər 2 klubla ilk matçında rəqiblərini məğlub ediblər.

0
0