Volfqanq Hilqert: Bakıya yollanıb, Berti Foqtsla görüşə bilərik
05.12.2011 - 10:50
“Ümumilikdə, püşk həm kişi, həm də qadın yığmamız üçün yaxşı oldu. Daha çox kişilərin bəxti gətirdi”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya Basketbol Federasiyasının vitse-prezidenti Volfqanq Hilqert deyib.
Avro-2013-ün püşkatmasına münasibət bildirən Hilqertin fikrincə, B qrupunda Bolqarıstan, İsveç, Azərbaycan və Lüksemburqla eyni qrupda yer almaları şanslarını artırır: “Ancaq istənilən halda, biz bütün matçlarımızda qəlib gəlməliyik. Mübarizə isə birmənalı olaraq, çox çətin olacaq. Çalışacağıq ki, Sloveniyada baş tutacaq final mərhələsinə lider kimi yollanaq”.
Zarafatından qalmayan Hilqert, həmçinin ölkəmizdə çalışan həmyerlisini də yada salıb: “Bakıya yollanıb, Berti Foqtsla görüşə bilərik. Bildiyimizə görə, o, bu ölkədə yeni müqaviləyə imza atıb”.

0
0