“Azərbaycanın necə oynaması barədə heç nə bilmirəm”
05.12.2011 - 11:28
“İlk baxışdan çox şey yaxşıdır. Etiraf etməliyik ki, reqlamentə görə, hər qrupdan ilk 2 və 3-cü yeri tutacaq ən yaxşı 4 komanda Avropa çempionatının final mərhələsinə çıxdığı üçün Almaniya aşkar favoritdir”. Apasport.az saytının məlumatına görə, bu fikirlər kişi basketbolçulardan ibarət Bolqarıstan millisinin baş məşqçisi Rosen Barçovskiyə məxsusdur.
Təcrübəli mütəxəssis Avro-2013-ün püşkatmasından razı qalıb. O, bildirib ki, rəqibləri Almaniya, İsveç, Azərbaycan və Lüksemburq olsa da, əsas mübarizə isveçlilərlə gedəcək: “Düzdür, biz məğlubedilməz deyilik. Xüsusilə də, Dirk Novitski oynamayanda. Necə olacağı gəlin ilin yayında bilinəcək. Lakin İsveçlə ikinci yer uğrunda şanslarımızı bərabər sayıram. Ümid edirəm ki, biz onlardan güclü olacağıq”.
Barçovski Elxan Əliyevin çalışdırdığı Azərbaycan millisinin gücündən xəbəri olmadığını da etiraf edib: “Onlar barədə heç bir məlumatım yoxdur. Bilmirəm necə oynayırlar və hansı güclü basketbolçulara malikdirlər. Yəqin ki, Azərbaycanda milliləşdirilmiş oyunçular çoxdur. Çünki onlar varlı ölkədir və idmana xüsusi qayğı göstərirlər. Bir sözlə, azərbaycanlıların gücünü görüşdən sonra yaxşı biləcəyik. Fikrimcə, qrupumuzun autsayderi Lüksemburqdur. Amma bütün bunları unudub, çox çalışsaq və heyətimizdə itki olmasa biz mərhələ adlaya bilərik”.
O, təqvimə də münasibət bildirib: “Biz mübarizəyə 3 çətin oyunla başlayırıq. Bu oyunlar 2-ci yer üçün də böyük əhəmiyyət kəsb edəcək. Belə ki, öncə İsveçi qəbul edirik, ardınca Azərbaycana yollanırıq. 3-cü görüşümüzdə isə Almaniya yığmasını sınağa çəkirik. Kifayət qədər ciddi oyunlardır və həmin vaxta kimi tam hazır olmalıyıq”.
Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı avqustun 18-də keçiriləcək.

0
0