“Fənərbaxça”dan rekord, “Azərreyl”in rəqibləri itirə-itirə gedir
05.12.2011 - 14:23
Qadın voleybolçular arasında Türkiyə Super Liqasında VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında Bakının “Rabitə” və “Azərreyl” klublarının rəqibləri olan “Fənərbaxça” ilə “Vakıfbank TTelekom” növbəti matçlarında da qələbə qazanıblar.
Belə ki, Zoran Qayiçin yetirmələri ilə B qrupunda yer alan “sarı-lacivərdlilər” “Ereğli Bələdiyyəsi” ilə qüvvəsini sınayıb. “Fənərbaxça” 3:1 (20:25, 25:14, 25:14, 25:4) hesabı ilə qalib gəldiyi oyunda, Super Liqa tarixində rekorda da imza atıb. Onlar 4-cü hissədə rəqiblərini 25:4 hesabı ilə məğlub etməklə, Türkiyədə yeni tarix yazıblar.
“Azərreyl”lə dekabrın 14-də qarşılaşacaq Çempionlar Liqasının son qalibi “Vakıfbank TTelekom” “Nilüfər Bələdiyyəsi” ilə qüvvəsini sınayıb. Rəqibimiz 3:0 (25:17, 25:17, 25:19) hesabı ilə qələbə qazansa da, əsas toppaylayıcıları Nilay Özdəmiri itiriblər. Onun Bakıya gəlib-gəlməyəcəyi dəqiq deyil.
Beləliklə, 6 turdan sonra “Fənərbaxça” 18 xalla vahid liderdir. Onlardan 6 xal geri qalan “Vakıfbank TTelekom” isə 4-cüdür.
Qeyd edək ki, Çempionlar Liqasının ilk turunda “Tomis” də “Azərreyl”lə oyunöncəsi 3 əsas voleybolçusunu itirmişdi.

0
0