“Azərbaycan yığması qrup ikinciliyi üçün oynayacaq”
05.12.2011 - 21:03
“Bizimlə eyni qrupa düşən komandaları analiz etmişik. Fikrimcə, biz çox da çətin qrupa düşməmişik. Super gücə malik Almaniyanı götürək. Əgər bu komanda ilə görüşməsəydik, digər güclü Türkiyə və ya digər bir komanda ilə qarşılaşacaqdıq. Odur ki, qismətimizə çıxanla barışıb, oyunlara hazırlaşmalıyıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Basketbol Federasiyasının baş meneceri türkiyəli Levent Türknaz deyib.
Dünən Avrobasket 2013-cü il çempionatının püşkatması olub. Azərbaycan yığması B qrupunda Almaniya, Bolqarıstan, İsveç və Lüksemburqla eyni qrupa düşüb. Türknaz hesab edir ki, Azərbaycan yığması qrup ikinciliyi üçün mübarizə apara bilər: “Milli komanda Lüksemburqu hər iki oyunda, həm səfərdə həm də evdə məğlubiyyətə uğratmalıdır. Başqa çıxış yolumuz yoxdur. Düşünürəm ki, Bolqarıstan və İsveçlə evdə yaxşı nəticə qazana bilərik. Məncə, biz Almaniyadan sonrakı yer üçün, qrup ikinciliyi üçün mübarizə aparacağıq. Amma bunlar hamısı ehtimaldır”.
Türknaz bildirib ki, rəqiblər müəyyənləşdikdən sonra federasiya artıq milli komandanın heyətini komplektləşdirməyə start verib: “Yerli oyunçularımız onsuz da buradadır. Biz əsasən ölkə xaricində çıxış edənlərlə maraqlanmalıyıq. Azərbaycan yığmasında Amerikadan legionerlər də görə bilərsiniz”.
Qeyd edək ki, qrup mərhələsinin oyunları gələn ilin avqustun 15-dən sentyabrın 11-ə kimi davam edəcək.

0
0