Bakı klubları üçün 1 danimarkalı, 1 rusiyalı
06.12.2011 - 15:08
Bakı klubları üçün 1 danimarkalı, 1 rusiyalı
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Bakının “Rabitə” və “Azərreyl” klublarının oyunlarını idarə edəcək hakimlər briqadası məlum olub. Apasport.az saytının məlumatına görə, Almaniyada “Drezdner”in qonağı olacaq Zoran Qayiçin yetirmələrini görüşə Aqe Kristensen (Danimarka) çıxaracaq.

Ona köməkliyi belçikalı Blyert Girt edəcək.

Bakıda İtaliyanın “Foppapedretti” klubunu sınağa çəkəcək “Azərreyl”in duelində əsas söz sahibi Viktor Markov (Rusiya) olacaq. İkinci hakim funksiyasını isə Yuri Bakunoviç (Belarus) yerinə yetirəcək.

Qeyd edək ki, hər 2 oyun sabah olacaq.