“Azərreyl” qəniminə qarşı - STATİSTİKA
06.12.2011 - 17:03
“Azərreyl” qəniminə qarşı - STATİSTİKA
Bakının “Azərreyl” klubu sabah Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin II turunun oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələrinin rəqibləri İtaliyanın “Foppapedretti” komandası olacaq.

Lakin Apennin təmsilçisi heç də “Azərreyl” üçün arzuolunan klub deyil. Çünki ÇL-ə 3 illik fasilədən sonra qayıdışını “Tomis” (İtaliya) üzərində qələbə ilə reallaşdıran “dəmiryolçular” rəsmi görüşlərdə 4 dəfə Berqamo təmsilçiləri ilə oynayıblar ki, bunların da hamısında məğlubiyyətə üzülüblər. Rəqibdən cəmi 2 set almağı bacaran komandamızın bütün oyunları isə ÇL-in pley-off mərhələsinə təsadüf edib. Belə ki, həm 2005/2006, həm də 2006/2007 mövsümündə “Foppapedretti” “Azərreyl”in mərhələ keçmək arzusunu ürəyində qoyub.

Ümumilikdə isə “dəmiryolçular” tarixləri ərzində İtaliya klubları ilə 12 dəfə qarşılaşıblar ki, onlardan da 10-da uduzublar.

Düzdür, bu dəfə komandamız bu məğlubiyyətlərdən birinin qisasını ala bilər. Çünki əla heyətə malik “dəmiryolçular” bu dəfə Avropa nəhəngini büdrədəcək gücdədirlər. Əgər Faiq Qarayevin yetirmələri bu şansı da dəyərləndirə bilməsələr, ÇL-də çətin ki, titula sahib olsunlar.

Çempionlar Liqası, 2002/2003
Qrup mərhələsi


11 dekabr, 2002
“Azərreyl” – “Modena” (İtaliya) – 3:2 (20:25, 25:16, 25:19, 19:25, 15:13)

16 yanvar, 2003
“Modena” (İtaliya) – “Azərreyl” – 3:0 (25:23, 25:21, 25:21)


Çempionlar Liqası, 2004/2005
Qrup mərhələsi


7 dekabr, 2004
“Azərreyl” – “Asistel” (İtaliya) – 0:3 (16:25, 21:25, 21:25)

15 dekabr, 2004
“Asistel” (İtaliya) – “Azərreyl” – 3:0 (25:20, 25:22, 25:16)

Çempionlar Liqası, 2005/2006
Qrup mərhələsi


25 noyabr, 2005
“Azərreyl” - “Peruca” (Pallavolo, İtaliya) – 3:2 (14:25, 25:22, 21:25, 25:17, 15:13)

11 yanvar, 2006
“Peruca” (Pallavolo, İtaliya) – “Azərreyl” – 3:0 (29:27, 25:19, 25:20)

Pley-off mərhələsi

15 fevral, 2006
“Foppapedretti” (İtaliya) – “Azərreyl” – 3:1 (21:25, 25:15, 25:13, 25:18)

23 fevral, 2006
“Azərreyl” – “Foppapedretti” (İtaliya) – 2:3 (29:27, 25:22, 11:25, 22:25, 6:15)

Çempionlar Liqası, 2006/2007
Qrup mərhələsi


28 noyabr, 2006
“Azərreyl” – “Skavolini” (İtaliya) – 1:3 (24:26, 26:24, 21:25, 22:25)

16 yanvar, 2007
“Skavolini” (İtaliya) – “Azərreyl” – 3:1 (25:14, 25:21, 25:27, 25:14)

Pley-off mərhələsi

8 fevral, 2007
“Foppapedretti” (İtaliya) – “Azərreyl” – 3:0 (25:17, 25:17, 25:16)

14 fevral, 2007
“Azərreyl” – “Foppapedretti” (İtaliya) – 0:3 (12:25, 23:25, 24:26)